AzEuroNews.com / Bakı ➤ Bakı mağazalarına ermənilərin istehsal etdiyi deyilən “Yessentuki” suları daxil olub. AzEuroNews.com xəbər verir ki, bu barədə mozalan.az məlumat yayıb. (http://mozalan.az/article/az/512

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə ünvanlanmış müraciətdə deyilir ki, Rusiyadan ölkəmizə idxal edilən bu suların “Yessentuki” mineral sularına aidiyyatı yoxdur, etketləri saxtadır. Bildirilir ki, belə suları idxal edənlər AQTA-dan sertifikat alıblar.

Sayt yazıb ki,  “Yessentuki” sularının istehsalı Rusiyada ciddi nəzarətdədir və istehsalı ilə cəmi bir holdinq məşğul olur.

Təbii “Yesentuki” suları bir çox xəstəliklərin dərmanıdır. Ölkəmizə gətirilən saxta suların isə heç nəyə köməyi yoxdur.

Belə ki, saxta DR,ESSENT/ TYPI ESSENTUKI suları Minvod şəhərində yerləşən ermənilərə məxsus sexdə buraxılır.

“Vimbildan” isə süd məhsulları istehsal edir. Onların etiketi olan “Yesentuki” suyu adi qazlı sudur. Rəhbərləri Rostov şəhərindəndir.

Digər saxta markalı “ESSENSKAYA RESEPT”-ə aldadıcı ad qoyulub. Təbii sulara dəxli yoxdur.

Sayt qeyd edir ki, bu cür saxta məhsulları sifariş edən “Gilan” MMC və “Narzan” MMC-lərdir.