ABŞ Prezidenti Barak Obama müxtəlif cinayətlərə görə həbs olunan 111 məhbusun cəzasını yüngülləşdirib. Olanlar arasında odlu silahdan istifadə haqqında qanunu pozanlar, həmçinin ömürlük həbs cəzasına məhkum edilənlər də var.

TASS informasiya agentliyinin məlumatına görə, bu barədə çərşənbə axşamı Ağ evin mətbuat xidməti bildirib.

Onların əksəriyyəti 2016-ci il dekabrın 28-də azadlığa çıxacaq.