Foto © Rudy and Peter Skitterians / pixabay.com
Foto © Rudy and Peter Skitterians / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com ➤  Avropada minlərlə uşağın “seks köləsi” edildiyi və orqan mafiyasına təslim edildiyi ilk dəfə rəsmi bir şəxs tərəfindən etiraf edilib. AzEuroNews.com xəbər verir ki, bu dəhşətli mənzərəni Yunanıstanın keçmiş xarici işlər naziri  Nikos Kocias etiraf edib. Kocias viza verilərək Avropaya gətirilən uşaqların çoxunun orqan mafiyasının pəncəsinə düşdüyünü bildirib.

Avropa polis təşkilatı olan “Avropol”un hesabatına görə, hazırda 4 mini Almaniyada olmaqla ən azı 10 min uşaq itkin düşüb.

Hesabatda bu uşaqların “seks köləsi” edildiyi və orqanlarının oğurlandığı vurğulanıb. 2014-cü ildən bilinən bu gerçəklə bağlı Avropa dövlətləri hələ də səssizliyini qoruyur.

Nikos Kocias
Nikos Kocias

Yunanıstanın keçmiş xarici işlər naziri  Nikos Kocias deyib ki, bəzi yunan diplomatlar qanunsuz viza verdiklərinə görə həbs ediliblər. Onları vizaları kimsəsiz uşaqlara verirmişlər. Kocias təkcə Yunanıstanda 93 belə faktı aşkarladığını bildirib.

Türkiyənin “Güneş” qəzetinin verdiyi xəbər görə, Yunanıstana qanunsuz yolla gələn və yolda valideynlərini itirən uşaqların bir çoxunun sonrakı taleyindən xəbər yoxdur.