AzEuroNews.com /Bakı   ““Gilan Holding” Azərbaycana “Yesuntiki” adında içki idxal etmir. Eyni zamanda holdinq bu adda hər hansı bir məhsulun ölkə ərazisində satışını həyata keçirmir“. Bunu AzEuroNews.com-a açıqlamasında “Gilan Holding” in marketinq və PR meneceri Fərid Məmmədov söyləyib. Onun sözlərinə görə, Azərbaycanın bir çox kütləvi informasiya vasitlələrində yanlışlığa yol verilib. 

“Təəssüf ki, bir çox KİV xəbəri hazırlayarkən “Gilan Holding” in mövqeyini öyrənməyib. Bir daha bildirirəm ki, məqalələrdə qeyd edilən içkilər bizim holdinq tərəfindən idxal edilmir və ölkədə satışları həyata keçirilmir. Əksinə olaraq, “Gilan Holding” ölkəmizdə yerli məhsulların inkişafına və Azərbaycan brendlərinin xaricdə tanınmasına öz töhfəsini verir”.