Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com  ➤ Almaniyada sığınacaq axtaran erməni qadın polislərə hucum edib. Bu barədə AzEuroNews.com – a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, Odenvaldda (Hessen əyaləti) polislər miqrant qadına onun deportasiya olunacağı barədə məlumat verərkən qadın tərəfindən hücuma məruz qalıblar.
Polislər ailənin Slovakiyaya deportasiya olunacağı barədə məlumat vermək üçün gələndə 26 yaşlı erməni miqrant qadın 6 və 8 yaşlarında 2 uşağı ilə birlikdə qaçqınlar üçün yataqxanada olub. Zabitlər onları prosedur üçün sığınacaqdan çıxarmaq istəyərkən erməni qadın bıçağa əl ataraq polisləri hədələməyə başlayıb. Polislər bibər qazı tətbiq etməli olublar və qadını saxlayıblar. Hazırda erməni qadın xəstəxanadadır. Deportasiyanın nə zaman baş verəcəyi hələ ki, məlum deyil.

“Leqat” dan bildirilib ki, yarım il müddətində Almaniyadan 12 mindən çox miqrant deportasiya olunub. Bəzən deportasiya prosedurlarına miqrantlar müqaviməti mane ola bilir. Belə ki, 64 % hallarda Almaniyada sığınacaqla təmin edilməsi imtina olunmuş insanlar hökumət nümatəndələrinə müqavimət göstəriblər. Bu barədə daha çox aqressiv davrananlar Nigeriya və Somali vətəndaşlarıdır.

Qeyd etmək lazımdır ki, bu il Almaniyanı könüllü tərk edən xaricilərin sayı əhəmiyyətli dərərcədə artıb. Yarım il ərzində 20 mindən çox miqrant bunu edib.