Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Almaniya qəti olaraq ikili vətəndaşlığı ləğv etməyə hazırlaşır. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, XDP-nin hazırkı baş katibi Annegret Kramp-Karrenbauer miqrantları digər ölkə vətəndaşlığını təsdiqləyən pasportlarını təhvil verməyə məcbur edəcək. Tezliklə siyasətçi ikili vətəndaşlıq haqqında indikindən daha sərt qaydaların qəbuluna nail olmaq niyyətindədir. 

Öz siyasi proqramındakı belə bir maddə haqqında o, “Spiegel”ə verdiyi müsahibədə danışıb. Xanım Kramp Karrenbauerin sözlərinə görə, indi Almaniyada ən təsirli iş “nəsillərin ixtisarı modeli” olacaq. Belə ki, hazırda Almaniyada miqrant kökənli uşaqlar yetkinlik yaşına çatdıqları zaman həm Almaniya, həm də mənşə ölkənin pasportunu daşımaq hüququna malikdirlər. XDP-nin katibi bu qaydaları yalnız bir nəsillə məhdudlaşdırmağı təklif edir, yəni hər iki ölkədə miqrantların nəvələri deyil, uşaqları vətəndaş ola bilərlər. 

“İkili pasport konsepsiyası yalnız inteqrasiyanın qarşısını almağa xidmət etmədiyi halda qüvvədə ola bilər ”, – Kramp Karrenbauer belə deyib.

“Miqrantların uşaqları” qrupuna Afrika və Yaxın Şərqdən gələn kifayət qədər nəsillər düşə bilər. Xüsusilə nəzərə alınmalıdır ki, onlar daha çox ümumi milli, mədəni və dini dəyərləri olan “öz əhatələrinin” insanları ilə ailə qururlar, bu da inteqrasiyaya əngəl olur . 

Xatırladaq ki, XDP ikili vətəndaşlığın ləğv olunması haqqında hələ 2016-cı ildə Essendə olan qurultayda qərar qəbul etmişdi. Hazırda Almaniya pasportları aldıqdan sonra 61% -dən artıq miqrant tamamilə sakit surətdə əvvəlki pasportlarını təhvil verməyə etinasızlıq göstərirdilər. Arqument olaraq isə mənşə ölkələrində qüvvədə olan qanunlara görə vətəndaşlıqdan imtinaya qadağa qoyulması və ya imtinanın mürəkkəb prosedur olması irəli sürülürdü. Miqrantlardan ibarət “iki pasportlu” vətəndaşlar siyahısında daha çox bu ölkələrdən olanlar var:

Suriya

Əfqanıstan

İran

Əlcəzair

Tunis

Nigeriya

Mərakeş

Eritrea

Kansler Angela Merkel hətta belə bir vəziyyətin qəbul olunmasından sonra da media ilə söhbətində bildirib ki, ikili vətəndaşlıq partiya tərəfindən qaldırılıb, lakin həll olunmamış əsas mövzulardan biridir:

“Məsələ bunda olmalıdır ki, biz insanları həyat tərzimizi, konstitusiyamızı, dəyərlərimizi qəbul etməyə nə qədər tez razı salırıq”. Bu məlumatı “Süddeutsche Zeitung”a müsahibəsində Merkel deyib.