Lalə Akgün / Foto © Fərahim İlqaroğlu
Lalə Akgün / Foto © Fərahim İlqaroğlu

Xəbər : Panorama-news.de / Köln    “55 illik bir dostumu itirdim. Hamımızın başı sağ olsun”. AzEuroNews.com xəbər verir ki, bunu Panorama-News.de-yə müsahibəsində 2005-2009-cu illərdə Almaniya Sosial Demokrat Partiyasından (SPD) Federal Parlamentə seçilən sabiq deputat Lalə Akgün məşhur türk jurnalist Baha Güngörün vəfatı ilə bağlı deyib. O, B.Güngörlə bağlı xatirələrindən danışaraq qeyd edib ki, onun kimi Türkiyəni tanıyıb bunu almanca ifadə edən ikinci bir jurnalist olmayıb. 

“Baha bəy 12 il Türkiyədən Almaniya üçün xəbər hazırladı. Alman Xəbər Agentliyinin (DPA) Türkiyə təmsilçisi vəzifəsində çalışdı. Daha sonra “Deutsche Welle”nin türkçə redaksiyasına rəhbərlik etdi. Təqaüdə çıxana kimi də bu vəzifədə qaldı“ deyə L.Akgün söyləyib. 

Sabiq deputat deyib ki, onun son yazdığı “Atatürkün qəzəbli nəvələri“ kitabı keçən il çıxıb və olduqca maraqla qarşılanıb : “Bu arada ikinci  kitabını yazırdı. Son 15 səhifəsini bitirə bilmədi. İndi o kitab mütləq çıxmalıdır. Çünki o bizə Bahadan yadigardır”.