İspaniyanın “Real Madrid” klubunun futbolçusu Serxio Ramos 2016-2017 mövsümündə İtaliya “Yuventus”u ilə Çempionlar Liqasının final oyunundan əvvəl deksametazon qəbul edib.

“Report”un “Spiegel” nəşrinə istinadən məlumatına görə, 32 yaşlı müdafiəçi qarşılaşmanın ertəsi günü dopinq-testdən keçə bilməyib. Deksametazon preparatı iltihab əleyhinə effektə malikdir və ağrıları yüngülləşdirir. Bu maddəni Ümumdünya Antidopinq Agentliyi qadağan edib.

Bu hadisədən sonra Madrid klubu futbolçuların dopinq-test nümunələri üzərində çalışmış həkimləri günahlandırıb. Öz növbəsində, tibbi heyət Ramosun bu maddəni onların səhvindən qəbul etdiyini açıqlayıb. Ramos və “Real Madrid”in həkimlərinə qarşı heç bir intizam tədbiri görülmədiyi bildirilir.

Qeyd edək ki, bu mövsüm Serxio Ramos bütün turnirlərdə 22 oyuna qol vurub və 1 məhsuldar ötürmə verib. “Yuventus”la qarşılaşma “Real Madrid”in 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.