Parisin məşhur Eyfel qülləsi bu gün – noyabrın 24-də paytaxtda gözlənilən kütləvi etirazlara görə bağlanacaq.

“Report” xəbər verir ki, bu barədə Eyfel Qülləsinin rəsmi “Twitter” səhifəsində bildirilir.

Qüllənin bağlanması Fransada yanacağın qiymətinin artması və vergilərin artırılması əleyhinə davam edən etiraz aksiyaları ilə bağlıdır. Gözlənilir ki, bu gün şəhərə təxminən 30 min adam gələcək.

Əvvəllər Parisin prefekturasında bildiriblər ki, şənbə günü küçələrdə təhlükəsizliyi 3 minədək polis və jandarm təmin edəcək.