Müğənni Röya Ayxan avtomobil qəzasına düşüb.

Bu barədə Oxu.Az-a HB Güvən Klinikasından məlumat verilib.

Bildirilir ki, qəza nəticəsində R. Ayxanın əli əzilib. Ona tibbi yardım göstərilib və artıq evə buraxılıb.

Qəzanın detalları hələlik məlum deyil.