İspaniya milli komandasının və “Barselona”nın futbolçusu Jerard Pike futbol klubu almaq və yeni turnir yaratmaq istəyir.

“Report” xəbər verir ki, bu barədə 31 yaşlı müdafiəçi “Mundo Deportivo”ya açıqlamasında məlumat verib.

“Cosmos” investisiya şirkətinin sahibi olan təcrübəli oyunçu iki yeni layihə üzərində işlədiklərini bildirib: “Onlardan biri hansısa komandanın alınmasıdır. Digəri isə yeni futbol turnirinin yaradılması və ya mövcud olan turnirdən istifadə edilməsidir. Bu barədə çox danışa bilmərəm. Amma deyə bilərəm ki, bunlar çox yaxşı layihədir”.

Qeyd edək ki, Jerard Pike 2008-ci ildən “Barselona”da çıxış edir.