Bu dəfə Mətbuat Şurasının sədr müavininin bahalı velosipedini apardılar


Fərhad Çağtürk / AzEuroNews.com / Bakı ➤  Bakının Səbail rayonu, Yeni Salyan şossesi üzərinədə yerləşən “Jurnalistlərin binası”ndan yenə oğurluq olub. Oğru və ya oğrular bu dəfə həmin binalardan birində yaşayan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin bahalı velosipedini aparıblar.

Bu barədə AzEuroNews.com-a məlumat verən sakinlər bildiriblər ki, bu binalarda tez-tez oğurluq halları baş verir. Mühafizə xidməti əməkdaşlarının düzgün xidmət göstərməməsi, müşahidə kamerlarınını işləməməsi ucbatından oğrular tapılmır : “Demək olar ki, hər gün bloklarda yad insanlarla qarşılaşırıq. Bilmirik kimdirlər, nəçidirlər. Tutub sorğu-sual da etmək olmur. Bəlkə də kiməsə qonaq gəliblər. Vəziyyət o qədər pisdir ki, hətta günün günorta çağı  binalardan oğurluq edirlər. Bizə də problemləri demək qadağan olunub. Guya hər şey əladır, bizim heç bir problemimiz yoxdur”.

Müşfiq Ələsgərli

Müşfiq Ələsgərli
Müşfiq Ələsgərli

Sakinlərin sözlərinə görə, “Jurnalist Evi” MMC bina və sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə “RİAD” firması ilə müqavilə bağlayıb.  Sakinlərdən buna görə də pul yığılır: “Ancaq mühafizə demək olar ki, yoxdur. Firma deyir ki, bizə az pul ödənilir, ona görə naryadı təşkil edirik. Burada baş verən oğruluq hadisələrinin sayını itirmişik. Sonuncu dəfə jurnalist Ağanisə Sultanovanın evindən qızıl və pulun aparılması, blokun dəhlizindən velospiedlərin oğurlanması, 5 mərtəbədə su şaxtalarının alüminium materialdan ibarət qapaqlarının oğurlanması, həyətdə bir neçə maşından akkumulyator və güzgünün açılıb aparılmasını xatırlayırıq”.

“Jurnalist Evi” MMC-dən açıqlama almaq cəhdlərimiz heç cürə alınmayıb.