Noyabrın 25-də Minskdə “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi müəyyənləşəcək.

“AzEuroNews.com” AZƏRTAC-a istinadən xəbər verir ki, “Minsk Arenada” keçiriləcək final yarışında rekord sayda – 20 ölkənin nümayəndəsi iştirak edəcək. Azərbaycanı təmsil edən Fidan Hüseynova səhnəyə yeddinci çıxacaq.

Ekspertlər səhnənin texniki imkanlarını yüksək qiymətləndiriblər. Beynəlxalq mahnı müsabiqəsinin icraçı direktoru Yon Ola Sand səhnənin səs və işıq effektindən razılığını açıqlayıb.

“Minsk Arenada” Azərbaycan təmsilçisindən başqa, Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində çıxış edəcəklər.