Avropa İttifaqının üzv ölkələri Böyük Britanıyanın qurumu tərk etməsi ilə bağlı razılığı təsdiqləyiblər.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Donald Tusk tvitter hesabında bildirib.

“Aİ-nin 27 ölkəsinin rəhbərləri Avropa İttifaqı və Böyük Briyaniya arasındakı deklarasiyanı təsdiqləyib”, deyə Tusk qeyd edib.

Qeyd edək ki, Britaniya 2019-cu il martın 29-da Aİ-ni tərk edəcək.