Avropanın Aralıq Dənizi Seysmoloji Mərkəzi İran-İraq sərhədində güclü zəlzələ olduğu barədə məlumat yayıb.

“Ölkə.Az” xəbər verir ki, yeraltı təkanlar 6.3 bal gücündə olub. Zəlzələ ocağı 10 km dərinlikdədir. Yeraltı təkanların mərkəzi Bağdad şəhərindən 150 km şimali-şərqdə, Sərə-Polə-Zohab şəhərinin 37 km-liyində qeydə alınıb.

Gilyangbər, Kasrə, Şirin və Sərə-Polə-Zohab şəhərlərində əvvəlcə 361 nəfərin xəsarət aldığı barədə xəbər yayıldı. İraq Kürdistanında isə 1 nəfər ölüb, 43 nəfər xəsarət alıb.

Son məlumatlara əsasən isə Kirmanşah vilayətində zəlzələ nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb.