Kiyevdə Rusiya səfirliyinin avtomobiliyandırılıb.

Bu barədə “Report” “Ukrainskaya pravda”ya istinadən xəbər verir.

Ağ rəngli, “DP-001-019” dövlət seriya nömrəli “Volkswagen Jetta”diplomatik missiyanın yaxınlığında yandırılıb. Nəşr bildirib ki, bu dövlət seriyası Rusiyanın diplomatik nümayəndəliklərinin – konsulluqlarının, həmçinin diplomatik personalın üzvlərinin avtomobillərinə aiddir.

Yanğınsöndürənlər alova bürünmüş maşını söndürüblər. Hazırda Kiyev polisi hadisədə əli olanları müəyyənləşdirməyə çalışır.