Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤ Avropa Birliyi (AB) və ətrafındakı ölkələr arasında ingiliscə danışma bacarığı ən pis olan ölkələr məlum olub. AzEuroNews.com xəbər verir ki, onların sırsında ilk yeri Azərbaycan və Türkiyə tutur. 

Bu barədə “Education First” adlı dil məktəbi araşdırma aparıb. Məktəb 88 ölkədə həyata keçirdiyi testin nəticələrini açıqlayıb. İngiliscə Yetərlilik Göstəricisi (English Proficiency Index) adlanan hesabata görə, Avropa və çevrəsi ölkələrdə ən pis ingiliscə danışan Azərbaycan və Türkiyənin vətəndaşlarıdır. 

Məktəb 1.3 milyon insan arasında keçirilən testin nəticəsini açıqlayaraq qeyd edib ki, Avropada ən yaxşı ingiliscəni İsveç və Hollandiya vətəndaşları, ən pisi isə Türkiyə və Azərbaycan vətəndaşları danışır.