Ötən ilin sentyabr ayında Fransanın Marsel şəhərində evlənən Acun və Şeyma cütlüyü boşanır

“Ölkə.Az” xəbər verir ki, mətbuata sızan bu iddianı Acun İlıcalı təsdiqləyib. Sinem Umaş iddia edib ki, cütlük xəyanət ucbatından boşanır.

“Şeyma Subaşı bir neçə ay əvvəl Çağatay Ulusoyla bir klubda əylənib. Sonra isə Çağatayın evinə gedib. Bunu jurnalistlər kamera ilə çəkmişdilər. Acun bu xəbərin yayımlanmasına icazə vermədi. Amma mən də niyə boşanmırlar deyə çaşıb qalmışdım. Acun da o dövrdə Defne Samyelinin qızına Londonda ev almışdı”, – deyə tvitdə yazılıb.

Qeyd edək ki, uzun müddət birlikdə olan cütlüyün Melisa adlı 5 yaşlı qız övladı da var.