“Azərbaycan Hava Yolları” (AZAL) Qurban bayramına həsr olunmuş yeni payız aksiyasına başladığını elan edib. AZAL-ın mətbuat xidmətindən daxil olan məlumata görə, Bakıdan/Bakıya – London, Milan, Berlin, Paris, Praqa və Nyu-York (uçuş dövrü: 15 sentyabr – 10 dekabr, 2016-cı il) istiqamətləri üzrə 2016-cı il sentyabrın 5-dən 30-na kimi hər iki istiqamətə aviabilet alarkən 20% endirim tətbiq ediləcək.

Bundan başqa, Bakı – Tel-Əviv – Bakı istiqaməti üzrə uçuş dövrü sentyabrın 15-dən 25-dək və oktyabrın 25-dən dekabrın 10-dək olan aviabiletlərə 20% endirim tətbiq olunur.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.