Bu gün ani bir qərarla Acun İlıcalı həyat yoldaşı Şeyma Subaşıdan boşanıb.

“Ölkə.Az” xəbər verir ki, Acun hər ay Şeymaya 125 min lirə (45 min manata yaxın) aliment ödəyəcək. Acun və Şeyma Silivri məhkəməsinə gedərək 9 dəqiqə ərzində boşanıb. Məşhur prodüser ayrılıqdan sonra “Boşandığımız üçün pərişanıq, haqqımızda çıxan iddialar əsassızdır” deyib.

Acun bundan başqa qızı Melisanın bütün xərclərini ödəyəcək. Şeymanın illik 4 səfərinin də xərcini Acun çəkəcək. Bundan başqa cütlüyün İstanbulun Bebek səmtində açdığı “Healthyhish” kafesinə də şərikliyi davam edəcək.