İspaniya “Barselona”sı illik əmək haqqının 10 milyon funt sterlinqi keçdiyi ilk idman klubuna çevrilib.

“Report”un “Sky Sports”a istinadən məlumatına görə, Kataloniya təmsilçisində orta əmək haqqı 10,45 milyon funtdur.

İkinci yerdə 8,10 milyon funt göstərici ilə “Real Madrid” gedir. “Top-10″a daha iki futbol klubu – İtaliya “Yuventus”u (6,73 milyon funt) ilə İngiltərə “Mançester Yunayted”i (6,53 milyon funt) da düşüb.

Qeyd edək ki, qalan 6 komanda isə Milli Basketbol Assosiasiyasında çıxış edənlərdir.

Bundan əvvəl İspaniya məhkəməsi “Barselona”nın futbolçusunu cərimələyib.