Xəbər verdiyimiz kimi, müğənni Murad Boz və aktrisa Aslı Enver barışıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 7 aylıq ayrılıqdan sonra cütlük münasibətlərnə qaldıqları yerdən davam etmək qərarı veriblər.

İkilinin sosial şəbəkələrdə artıq birlikdə fotosu da yayılıb. Murad və Aslının xoşbəxt göründüyü diqqətdən qaçmayıb.

Qeyd edək ki, 2,5 illik bərabərlikdən sonra cütlük bu ilin aprelində ayrılıb. Onların ayrılmasına səbəb Muradın aktyor Eser Yenenlerlə birlikdə parti verməsi və qızlarla əylənməsi olmuşdu.

Ötən həftə barışan Bozla Enver bir-birilərini İnstaqram hesabından izləməyə də başlayıb.