Lamiyə Məmmədova / AzEuroNews.com / Paris   Fransada sürücülük vəsiqəsi olmadan avtomobil idarə edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş həbs cəzası pul cəriməsinə çevriləcək. AzEuroNews.com xəbər verir ki, yeni ildən tətbiq olunacaq qanunda eyni zamanda siğortasız avtomobil idarə edilməsi də var. 

Belə ki, qanuna edilən əlavəyə görə, sürücülük vəsiqəsiz və siğortasız avtomobil idarə edənlərin cəriməsi 1600 avroya qədər arta bilər. 

Eyni zamanda polis ilk dəfə 18 yaşından kiçik birinin sürücülük vəsiqəsiz avtomobil idarə etməsinə görə həbs cəzasını pula çevirəcək. Nəzərdə tutulmuş cərimə isə, 640 avrodur. Cəriməni ödəmək üçün sürücüyə verilən vaxt 15 gündür. Əgər 15 gün içində bu məbləğ ödənməsə, cərimə artaraq 800, 45 gün ərzində ödənməsə 1600 avroya qədər çatacaq.