NASA Mars planetinə üçüncü kəşfiyyat aparatı göndərib.

“Ölkə.Az” xəbər verir ki, dünən gecə saatlarında “İnSight” kosmik gəmisi Marsın səthinə eniş edib.

Kosmik aparatın səfəri 6 ay davam edib. “İnSight” aparatı Marsın həm səthinin, həm də yeraltı strukturunun məlumatlarını Yerə göndərəcək.

Bu günə qədər NASA Marsın ancaq səthi ilə bağlı məlumat toplayıb. “İnSight” aparatı planetin torpaq altındakı strukturunu qazma üsulu ilə incələyəcək. Qazma üsulu ilə Marsın yeraltı strukturunu, yeraltı istliyini, seysmik aktivliyini və planetin nüvəsi barədə məlumatlar toplayacaq. Ehtimal edilir ki, bu üsulla Marsın nüvəsinin strukturu və ölçüsü barədə ilk dəqiq məlumatlar əldə ediləcək.

Marsın incələnməsi digər planetlərin də yaranması məsələsində önəmli məlumatların əldə edilməsinə kömək olacaq.