Hər bir qadın gözəl, baxımlı olmaq istəyir. Bunun üçün hamı cürbəcür vasitələrə əl atır. Ən əsası isə heç bir qadın qocalmaq istəmir. Ancaq elə pis vərdişlər var ki, bu prosesi tezləşdirir.

“Ölkə.Az” bunu nəzərə alıb sizinlə bəzi pis vərdişləri paylaşır ki, bunlardan uzaq durasınız.


1.Çoxlu şirniyyat yemək

Yadda saxlayın ki,  orqanizm şəkər molekullarını həzm edərkən fruktosamin maddəsi meydana gəlir. Bu isə elastan və kollagenin liflərini məhv edir. Nəticədə dəri incəlir, quruyur və qırışır.

Nə etməli? Ziyanlı şirniyyatı faydalısı ilə əvəz edə bilərsiniz: Çox şirin olmayan meyvələr, kəsmik və müxəlif sıyıqlar məsləhət görülür.


2.Günəşdə kremsiz qaralmaq

Günəş şüaları altında gəzərkən qəti günəş qoruyucu kremsiz çıxmayın. Günəş şüaları dərinin fotosintezini pozur. Sonra dəridə qızartılar və piqment ləkələr əmələ gəlir. Buda dərinin yaşlılaşmasına gətirib çıxardır.

Nə etməli? Mütləq çantanızda günəş qoruyucunuz olsun. Çimərlikdə qaralanda üzünüzü yaylıqla bağlamağınız sizin üçün daha yaxşı olar.


3. Düzgün edilməyən makiyaj

Əgər sürmə çəkəndə gözünüzün dərisin dartırsınızsa bu, dəriyə böyük ziyan vurur. Siz bunu hər gün təkrarlasanız  bir müddətdən sonra göz ətrafınızda mimik qırışların yarandığını görəcəksiniz.

Nə etməli? Göz dərinizi dartmadan makiyaj etməyi öyrənin.

4.Üz dərisini masaj etməmək

Mütləq üz dərisini masaj edin. Barmaq uclarının köməkliyi ilə üzünüzü masaj edin. Bu üz əzələlərini rahatlaşdırıb, qan dövranını yaxşılaşdırır. Bunun üçün xüsusi kremlər belə lazım deyil. Bunu üzü sabunlayıb etmək də olar. Hər gün 2-3 dəqiqənizi üz massajına ayırın.


5. Mayeləri çöplə  içmək

Hər dəfə biz çöpnən şirə içəndə dodaqlar “o” hərfi formasına düşür, dodaq ətrafı qırışır. Bu da zaman keçdikcə dodaq ərtafında dərinin təbii formasının pozulmasına gətirib çıxardır. Bir müddətdən sonra isə güzgüyə baxanda mimik qırışlar əhvalımızı pozur. Bunun üçün çöpdən mütəmadi istifadə etməməyi, ayda ildə bir dəfə bu həvəsinizi yerinə yetirməyi tövsiyyə edirik.


6. Sürətlə çəki itirmək

Bizim dərimiz elastikdir. Lakin birdən birə baş verən proseslərdə o özünü idarə edə bilmir, bundan da dəri sallanmaları baş verir. Əgər siz çox sürətlə arıqlayırsınızsa, ( Bu həftədə 2 kq artıqdırsa) dəri özünü qoruya bilmir, sallanır  və qırışır.

Nə etməli? Sürətli arıqlamağdan imtina edib, təbii yolla arıqlamaqdan istifadə edin. Bu həftədə 1-2 kilodan artıq olmamalıdır.

7. Həddən artıq qəhvə içmək

Həddən artıq qəhvə içmək dərini qocaldan vasitələrdən biridir. Bu içki sidikqovucu olduğu üçün orqanizmdə olan suyu çıxardır, bu səbədən dəri quruyur. Bundan əlavə qəhvə qanda kortizol qarmonunu çoxaldır, bu da öz növbəsində kollogenin yaranmasının  qarşısını alır.

Nə etməli? Bunun üçün gündəlik  1-2 fincandan artıq qəhvə içməməliyik. Hər içdiyimiz fincandan sonra isə mütləq bir stəkan su içməliyik. Bu, su itkisinin qarşısını alır.

8. Qaməti dik tutmamaq

Bu əsasən oturaq işdə işləyən xanımlar üçün vacibdir. Burada söz yalnız kürəyin düz olmağından getmir. Adətən biz  oturaq vəziyyətdə boynumuzu qabağa əyib saatlarla iş görürük. Bu boyun əzələlərini gücə salıb onların funksiyasını pozur. Qan dövranı düzgün dövr etmir və qana oksigen yetərincə daxil olmur.

Nə etməli? Mütləq oturanda boyunun və kürəyin düzgün qalmasına fikir verin. Bunu adət halına gətirə bilsəz, bir daha yanlış oturmayacaqsınız.

9. Rasionunuzdan yağı təmamilə çıxarmaq

Rasionumuzdan yağı təmamilə çıxarmaq çox yanlışdır. Çünki  orqanizmdəki yağ  A, E, D, F və K vitaminini qana ötürür. Bu vitaminlərin qanda çatışmazlığı isə dəridəki piqment ləkələrin yaranmasından bilmək olar.

Nə etməli? Gündəlik rasionunuzda 100 qr Omega-3 və Omega-6 ilə zəngin olan xeyirli yağlardan istifadə edin. Bundan əlavə yağı qadağan edən, zərərli pəhrizlərdən uzaq durun. Onların sizə heç bir faydası yoxdur.

10. Kiprik qaynağı

Kiprik qaynağı zamanı gözün üst qapağına alışdığı ağırlıqdan daha artığı düşür. Bu onu gücə salır və qırışların yaranmasına gətirib çıxardır. Əgər siz xüsusi günlərdə qaynaq edirsinizsə və bu ildə 1-2 dəfədən artıq deyilsə bunun heç bir qorxusu yoxdur. Yox əgər bunun aludəçisinizsə, və tez-tez qaynaq üsuluna baş vurursunuzsa, onda güzgüdəki əksinizə baxanda erkən qırışları görməyə də hazır olmalısınız.