Horst Zeehofer / Foto © CSU
Horst Zeehofer / Foto © CSU

 

 

Fərhad Çağtürk / AzEuroNews.com  “Almaniya islam dini ilə bağlı olan qurumlara maliyyə dəstəyi verməyə hazırdır”. AzEuroNews.com xəbər verir ki, bunu “Frankfurter Allgemeine“ qəzetinə yazdığı məqalədə Almaniyanın daxili işlər naziri Horst Zeehofer qeyd edib. 

Nazir Almaniyanın paytaxtı Berlində keçiriləcək olan  İslam Konfransı öncəsi qələmə aldığı məqalədə Almaniyada yaşayan müsəlmanlarla qeyri müsəlmanlar arasında dostluq münasibətlərinin çox yüksək səviyyədə olduğunu vurğulayıb.

H.Zeehofer ’Almaniya’da, Almaniya’dan, Almanya üçün’ başlıqlı məqaləsində yazıb ki, dövlət hazırda ölkədə İslam dini ilə balı təşkilat və quruluşların həm din, həm də alman cəmiyyətinə inteqrasiyanı sürətləndirmək məqsədi ilə hazırlayacaqları bütün layihələrə maliyyə dəstəyi verməyə hazırdır. 

Nazir məqaləsində aylar öncə dediyi və buna görə çox sərt şəkildə tənqid olunduğu “İslam və müsəlmanlar Almaniyaya aid deyil“ ifadəsini düzəldərək “İslam və müsəlmanlar Almaniyaya“ aiddir olaraq qeyd edib.