İspaniya hökuməti 2028-ci ilədək nüvə enerjisindən imtina edərək ölkənin bütün atom elektrik stansiyalarını bağlamaq niyyətindədir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqının tövsiyələri çərçivəsində 2020-ci ilədək ölkədəki 15 kömür elektrik stansiyasının 7-si bağlanmalıdır.

Hazırda bərpa edilən enerji mənbələri hesabına ölkənin elektrik ehtiyaclarının 38,5 faizi, habelə atom elektrik stansiyaları vasitəsilə 22 faizi, istilik elektrik stansiyaları vasitəsilə də 39,5 faizi ödənilir.

 

İspaniya Ekoloji Keçidlər Nazirliyinin sözçüsü Xose Migel Monkada xatırladıb ki, son atom elektrik stansiyası 1988-ci ildə Quadalaxara əyalətində inşa ediləndən sonra hökumət Çernobıl qəzasını nəzərə alaraq bir daha belə stansiyalar tikdirməmək qərarına gəlmişdi.