ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Argentinada keçiriləcək G-20 sammiti çərçivəsində danışıqlar aparacaqlar. Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, “Böyük iyirmilik” sammiti 30 noyabr-1 dekabr tarixlərində Argentinada keçiriləcək.