Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyada son illərin ən qəribə olayı yaşanıb. AzEuroNews.com xəbər verir ki, “Eurowings” şirkətinə aid  Düsseldorf – Hamburq  reysini həyata keçirən təyyarə Hamburqa endikdən sonra qapısını açılıb. Ancaq nə təyyarə üçün nərdivanlar gəlib, nə də sərnişinləri terminala aparacaq avtobuslar. 

Belə olan halda təyyarənin qapıları yenidən bağlanıb və sərnişinlər saatlarca gözləməli olublar. 

Bu da onların qəzəbinə səbəb olub. Lakin təkcə problem bu olmayıb. Nərdivan və bir avtobus gəldikdən sonra terminala gedən sərnişinlər burada yükləri üçün 1 saata qədər gözləmək məcburiyyətində qalıblar.