Moskva şəhərinin Domodedovo beynəlxalq hava limanında üzərində istehsal yeri kimi Xankəndi göstərilən “Qarabağ” adı altında spirtli içkilər satılır.

Ölkə.Az” xəbər verir ki, sözügedən spirtli içkilərin üzərində Xankəndi Konyak Zavodu tərəfindən istehsal edilməsi barədə etiket də yapışdırılıb.

Sözügedən hava limanında bu içkilərin satılan zamanı fotoları da çəkilib.

Qeyd etmək lazımdır ki, Rusiya hökumətinin bu cür hallara göz yumması bu ölkənin Azərbaycanla mövcud olan münasibətlərinin inkişafına mənfi təsir edən amildir. Çünki Rusiya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Eyni zamanda sözügedən məhsullar da “Qarabağ” adı altında Rusiya bazarında satışa çıxarılır. Ümid edirik ki, Azərbaycanın Rusiyadakı Səfirliyi sözügedən faktların araşdırılması istiqamətində müvafiq addımlar atacaq.