Fərhad Çağtürk / AzEuroNews.com  Almaniyada bomju xilas edərkən qatarın altınada qalıb can verən qəhrəman türk gənc üçün kampaniya başladılıb.  AzEuroNews.com xəbər verir ki, Frankfurt şəhər sakinləri hadisənin baş verdiyi “Ostendstraße S-Bahn” stansiyasına qəhrəman Alptuğ Sözənin adının verilməsini istəyirlər. Artıq şəhər sakinləri imza toplamağa başlayıb. Yetərincə imza toplanıldıqdan sonra şəhər rəhbərliyinə müraciət ünvanlanacaq.

Məlumat üçün qeyd edək ki,  Almaniyanın Frnakfurt şəhərində qatar reysləri üzərinə düşən sərxoş bomjun həyatını xilas edən türk tələbə öz canından olub. Frankfurt şəhərində təhsil alan 17 yaşındakı türk tələbə Alptuğ Sözün dərsdən çıxıb evinə gedərkən reyslərin üstünə bir nəfərin düşdüyünü görüncə dərhal onu xilas etməyə çalışıb. Həmin vaxt paltformada xeyli sərnişin olub. Lakin, heç kəs reysin üstünə düşən sərxoş kişiyə kömək etməyib. 

O, sərxoş bomju reyslərin üstündən platformaya qaldırsa da özü sürətlə gələn qatarın altında qalıb. 

17 yaşlı gəncin həyatını xilas etmək mümükün olmayıb.