Simvol foto © Bon Bon / pixabay.com
Simvol foto © Bon Bon / pixabay.com

 

Fərhad Çağtürk / AzEuroNews.com Almaniya hicabına görə işə götürülməyən müəllimə təzminat ödəyəcək. AzEuroNews.com xəbər verir ki, Berlin Brandenberuq İqtisad Məhkəməsində keçirilən prosesinin nəticəsi hicablı müəllimin xeyrinə olub. Belə ki, məhkəmə dini inancına görə, işə qəbul edilməyən müəllimə təzminat ödənməsi ilə bağlı qərar çıxarıb. 

Berlində bir məktəbə boş vakansiya ilə bağlı müraciət edən hicablı müəllimə başını açacağı təqdirdə işə götürə biləcəklərini deyiblər. O, dini inancına görə sevdiyi işdən kənarlaşdırılması ilə bağlı Berlin İdarə Məhkəməsinə müraciət edib. Lakin məhkəmə 2005-ci ildə qəbul edilən “Tərəfsizlik qanunu”nu əsas gətirərək hicablı müəllimin tələbini rədd edib. 

Müəllim daha sonra Berlin Brandenberuq İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə bu gün  hicablı müəllimin xeyrinə qərar verib. 

Qərarda deyilir ki, hicablı müəllim dini inancına görə işə götürülmədiyi üçün Almaniya dövləti ona 5159 Avro (Məhkəmə xərcləri ilə 6 min ) təzminat ödəməlidir. 

Müəllimin vəkili Məryəm Haşimi alman mediasına verdiyi açıqlamada bildirib ki, bu prosesdən sonra “Tərəfsizlik qanunu”nun Anayasa Məhkəməsində yenidən baxılmasına nail ola bilərlər. 

“Bild” qəzeti : “İlin absurd qərarı”

Almaniyanın nüfuzlu “Bild” qəzeti bu olayı manşetdən verərək “İlin absurd qərarı” başlığını qoyub. Qəzet yazıb ki, polis, vəkil, hakim kimi müəllim də mənsub olduğu dini təmsil edən paltar geyinməməlidir. 

Mövu ilə bağlı şərh verən hüquqşünas Seyran Atəş bildirib ki, məhkəmənin qərarını yanlış hesab edir : “Berlin Brandenberuq İqtisad Məhkəməsinin qərarı yanlışdır. Dinlərarası konflikt müəllimin hicab taxıb auditoriya qarşısına çıxması ilə həll olunmur”.

Xristian Demokrat Partiyasından (CDU) olan siyasətçi Marian Vendet məsələyə münasibət bildirərək qeyd edib ki,  qərarı hələ də başa düşə bilmir : “Almaniya məktəblərində tərəfsizlik məcburdur. Bir sinifdə hicabla gəzənlər bu məcburiyyətə əməl etmir. Ümid edirəm ki, Berlin Brandenberuq İqtisad Məhkəməsinin hakimləri öz yanlışlarını görəcəklər”.