Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan”Böyük İyirmiliy”in sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla Buenos-Ayresdəki görüşdə Suriyanın Mənbic şəhərindəki vəziyyəti müzakirə etmək niyyətində olduğunu bildirib.

“Sammitdə qlobal iqtisadiyyatın üzləşdiyi çağırışlar hərtərəfli müzakirə olunacaq. ABŞ prezidenti Trampla görüşdə Mənbic problemini müzakirə edəcəyik”, – deyə Ərdoğan Argentinaya getməzdən əvvəl jurnalistlərə bildirib.

İyunun əvvəllərində Ankara və Vaşinqton Suriyanın Mənbic şəhərində sabitlik üzrə “yol xəritə”sini bəyəniblər. Sənədə əsasən, kürd silahlıları şəhərdən çıxarılmalıdır. Suriya hakimiyyəti ABŞ və Türkiyənin Mənbicdə olmasının qəti əleyhinədir. Ankara Мənbic üzrə “yol xəritəsi”nin həyata keçirilməsində ləngimələrə görə dəfələrlə Vaşinqtonutənqid edib.